İsrail beynəlxalq məhkəməyə veriləcək

İsrail Qəzza zolağındakı vəziyyətlə əlaqədar beynəlxalq məhkəməyə veriləcək
Lent.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. O deyib ki, Antalyada səfərdə olan Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə bu barədə müzakirələr də aparılıb: “Məsələnin arxasınca sonuna qədər gedəcəyik. İsrail cəzalanmadıqca əsdirdiyi terror küləyinin dalğası get-gedə daha da dağıdıcı olur”.Qeyd edək ki, 14-15 may tarixlərində Qəzza zolağında İsrail əsgərləri ilə fələstinlilərin toqquşması nəticəsində 70-dən çox insan dünyasını dəyişibpia.az