Gəncədə yük maşını piyadanı vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. “Ford” markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon  Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.pia.az