Avtomobil traktorla toqquşdu, 2 yaralı var

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
PİA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Nazırlı kəndində qeydə alınıb."Kia" markalı avtomobillə traktor toqquşub. Nəticədə minik maşını yoldan çıxaraq yaşıllıq zolağına düşüb. Avtomobilin sürücüsü və sərnişin xəsarət alıblar.Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.pia.az