Bu gün Bakıda Orxan Vəli konfransı olacaq

Bu gün saat 18-də Bakı Yunus Emre İnstitutunda görkəmli şair Orxan Vəliyə həsr olunmuş konfrans keçiriləcək
 Kulis.az-ın verdiyi xəbərə görə, “Bir qərib şair: Orxan Vəli” adlanan konfransda şair-tərcüməçi Səlim Babullaoğlu və şair, esseist, tərcüməçi Qismət Rüstəmov məruzə edəcəklər.Giriş sərbəstdir.Xatırladaq ki, silsilə keçirilməsi nəzərdə tutulan tədbirdə bundan əvvəl şair Yahya Kamal haqqında konfransa olmuş və dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.  pia.az