Ukraynada “Apple Pay” işə düşdü

Ukrayna ərazisində “Apple Pay” mobil ödəniş sistemi işə düşüb
Lent.az-ın Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, rəsmi şəkildə “Apple Pay” ölkədə mayın 17-də fəaliyyətə başlayacaq. Lakin artıq bir çox “iPhone” sahibi xidmətin əlçatan olduğunu görüb. Öz müştərilərini sistemə ilk qoşan bank “Privatbank” olub.“Apple Pay” sistemi bank kartları sahiblərinin “iPhone” vasitəsilə alış-veriş etməsinə imkan verir. Bunun üçün smartfonu terminala yaxınlaşdırmaq kifayətdir.Qeyd edək ki, “Apple” Messages əlavəsi vasitəsilə istifadəçidən istifadəçiyə pul köçürmələrinə imkan verən “Pay Cash” funksiyasını da işə salıb.pia.az