Həmsədrlər Paris görüşü ilə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar
Görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib. ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu  bildirib. Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.pia.az