“Təzədən mən sənə qayıdacağam”

Məmməd İsmayılın unudulmaz sevgi şeiri
Düşüb aralığa həftələr, aylar,Qalmısan ömrümün ötən ilində.Bir həsrət sinəmdən səni haraylar,Məhəbbət, sədaqət, sevgi dilində.Bir eşqin uğursuz qədəmi kimiDemə, aramızı soyudacağam.Limana qayıdan bir gəmi kimi-Təzədən mən sənə qayıdacağam. Şöhrətdən gözümə gur işıq düşüb,Elə bilmişəm ki, yenilməz dağam.Bircə xəyalına gətir sən məni,Fikrim də, yolum da dolaşıq düşüb, -Həmişə narahat edirsən məni.Kimi oyatmamış de, həsrət, kimi –Anadan olduğum doğma kənd kimi,Təzədən mən sənə qayıdacağam.Yolundan, qəlbindən, yadından çıxıb,Haçansa mən səndən buxarlanmışam.Eşqin alovundan, odundan çıxıb,Dolan bulud kimi qübarlanmışam.Bir çılğın şimşəyə bəndəm ki, yağam, -Quraqlıqda yağan yağışlar kimi,Nifrəti soyumuş baxışlar kimi,Təzədən mən sənə qayıdacağam.Demə ki, ay aydan, il ildən keçib;Hicranın görüşlə bağrını yarıb,Döyüb könülləri, ünvan axtarıb,Neçə gözdən keçib, könüldən keçib,Hələ xoş duyğular oyadacağam.Duyub gileyini, duyub ərkini,Ünvanı səhv düşən bir məktub kimiTəzədən mən sənə qayıdacağam.Surətin – gözümdən çəkilən yuxu,Bulud kirpiklərin yağışla dolu.Mənim bu gecikmiş peşimanlığımHəyat yollarımda bələdçim olub.Bu yeni fərəhlə, fikirlə, hissləElə bilirəm ki, körpə uşağam.Ayların, illərin uzaqlığındanSinəmə saldığın cığırla, izləTəzədən mən sənə qayıdacağam.Təzədən mən sənə qayıdacağam!(kulis)pia.az