Orxan Pamuk fəxri doktor seçildi

Yunanıstanın Krit Universiteti Orxan Pamuku “fəxri doktor” elan etdi
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, universitetin ədəbiyyat və fəlsəfə fakültəsində keçirilən tədbirdə Orxan Pamuka fəxri doktor adı verilib.Orxan Pamuk tədbirdə bunları söyləyib:“İnsanlar mənə niyə yazırsan deyə soruşanda, yazmaq ehtiyacım olduğu üçün yazıram deyirəm. Kağızın qoxusunu sevdiyim üçün yazıram. Yazmaq məni xoşbəxt edir”.Universitet rəhbərliyinin sözlərinə görə, fərqli xalqların və fərqli mədəniyyətlərin bir-birini anlamasına köməkçi olduğu üçün Orxan Pamuka fəxri doktor adı verilib.pia.az