Rumıniyada hökumət əleyhinə etiraz aksiyası keçirilib

Rumıniyanın böyük şəhərlərində minlərlə insan hakim koalisiya, baş nazir Vioriki Dançile, Deputatlar Palatasının sədri Liviu Draqni və Senat sədri Kelina Popesku-Teriçanu əleyhinə aksiyalarda iştirak edib
“Report” xəbər verir ki, bu barədə “Mediafax” məlumat yayıb.Məlumata görə, minlərlə insan “Azadlıq” meydanına çıxaraq, Sosial-Demokrat partiyalarının koalisiyasını və Liberal-Demokrat partiyalarının alyansını seçkiöncəsi verdikləri vədləri yerinə yetirməməkdə və ölkəni Avropa, habelə demokratik standartlardan uzaqlaşdırmaqda ittiham ediblər.Aksiyaçılar həmçinin Cinayət Məcəlləsinə dəyişiklik olunmasını, Korrupsiyaya qarşı Milli İdarənin rəhbərliyinin əvəzlənməsini, ədliyyə qanunlarına yenidən baxılmasını tələb ediblər.pia.az