Papanın “Lamborghini“si rekord qiymətə satıldı

Roma papası Fransiskin ağ rəngli "Lamborghini Huracan" markalı lüks avtomobili hərracda satılıb
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb. Papanın imzaladığı avtomobil bazar dəyərindən 4 qat artıq məbləğə - 715 min avroya (təxminən 1,5 milyon manat) satılıb. Satışdan əldə edilən gəlir xeyriyyə təşkilatların büdcəsinə köçürüləcək. pia.az