Putin Ermənistanın müvəqqəti baş naziri ilə danışıqlar aparıb

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla danışıqlar aparıb
APA-nın xəbərinə görə, bu barədə Kremlin saytında dərc edilmiş məlumatda bildirir. “Qeyd edilib ki, Ermənistandakı böhran vəziyyətinin nizamlanması istisna olaraq hüquqi müstəvidə, Konstitusiya çərçivəsində və 2017-ci ilin aprelində keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında baş verməlidir”, - deyə məlumatda bildirilir.     Bundan əvvəl Rusiya XİN-i Ermənistanda müxalifət və hakimiyyət arasında dialoqun  keçiriləcəyinə ümidvar olduğunu bildirib. Daha əvvəl Karen Karapetyan Moskvada məsləhətləşmələr keçirib.  pia.az