İrəvanda mitinq başlayıb, Putin Karapetyana zəng vurub

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyan arasında telefon danışığı olub
Virtualaz.org Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistandakı böhran vəziyyətinin yalnız hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında tənzimlənməsinin əhəmiyyəti vurğulanıb.Bu mənada mayın 1-də parlamentdə təyin edilmiş baş nazir seçkilərinin əhəmiyyəti qeyd olunub.pia.az