Ukrayna Donbasda 3 min 800-ə yaxın hərbçi itirib

Ukrayna Hərbi Prokurorluğu Donbas bölgəsindəki əməliyyatlara dair rəsmi statistika açıqlayıb
Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 326 minə yaxın adama Donbas bölgəsindəki hərbi əməliyyatların iştirakçısı statusu verilib.3784 hərbçinin həlak olduğu, 8489 nəfərin yaralandığı və ya xəsarət aldığı, ən azı 554 nəfərin özünü öldürdüyü qeyd edilir.Rəsmi hesabata əsasən, 2018-ci ildə hakimiyyət hərbçilərin psixoloji reabilitasiyasına, sosial və peşə adaptasiyasına 109 milyon qrivna (4,1 milyon ABŞ dolları) məbləğində vəsait ayırıb, amma Sosial Siyasət Nazirliyi sənədi hələ təsdiqləməyib və reabilitasiya işinə başlamaq mümkün olmayıb.2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib və Donbasda iki separatçı rejimin əli ilə bu bölgənin bir hissəsini işğal edib. Ümumilikdə ölkə ərazisinin 7,2%-nə nəzarət itirilib.pia.az