Göyçayda avtomobil parkın hasarına çırpılıb, xəsarət alanlar var

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq Heydər Əliyev parkının daş hasarına çırpılıb.Hadisə zamanı avtomobildə olan iki nəfər Göyçay sakini, 1989-cu il təvəllüdlü Zeynalov Fərid İlham oğlu və həmyaşıdı Soltanov Rasim Nəsiman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.pia.az