Binə Ticarət Mərkəzində aksiya - Səbəb

Binə Ticarət Mərkəzindəki mövcud vəziyyətdən narazılıq yaranıb
Bu barədə adının açıqlanmasını istəməyən tacirlərdən biri məlumat verib.Narazılığa səbəb isə ticarət mərkəzində icarə haqlarının qaldırılmasıdır.Belə ki, buna etiraz olaraq bazarın 10-cu sırasında yerləşən mağazalardan bir neçəsi qapılarını bağlayıb. Bununla yanaşı, onlar ticarət mərkəzinin baş ofisinə üz tutaraq rəhbərliyə narazılığını bildirib.Aksiyaçılar tələb edilən icarə haqqının aşağı salınmasını istəyirlər.Qeyd edək ki, yalnız ticarət mərkəzinin 10-cu sırasında yerləşən mağazaların icarədarları mövcud vəziyyətə görə aksiya keçirib.(Minval.info)pia.az