Ermənistan rəhbərliyi Moskvada toplanır

Ermənistan Baş nazirinin müavininin müvəqqəti icraçısı Armen Gevorkyan gözlənilmədən Moskvaya gedib
Bu barədə informasiyanı “Azadlıq” radiosunun Ermənistan bölməsi yayıb.Radio Gevorkyanın hava limanına mühafizəçisiz gəldiyini bildirib.Digər maraqlı məqam isə Gevorkyanın hava limanında rəsmi şəxslər üçün yox, adi sərnişinlər üçün nəzərdə tutulan buraxılış məntəqəsindən keçərək təyyarəsinə getməsi olub.Qeyd edək ki, bundan öncə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın da Moskvaya səfər etdiyi haqqında informasiya yayılmışdı/Axar.az.pia.az