Bakıda şirkətin xəzinədarı bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib
 “Report”un əldə etdiyi məlumata görə, hadisə zamanı bıçaqlanan 1989-cu il təvəllüdlü Tərxan Namazov “ZD Travel” şirkətinin xəzinədarıdır. Naməlum maskalı şəxs onu bıçaqlayıb və üzərində olan 20 min manat pulu götürərək qaçmağa cəhd edib, lakin buna nail ola bilməyib.14 bıçaq yarası almış T.Namazov ağır vəziyyətdə xəstəxanaya aparılıb.Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.Qeyd edək ki, hadisə zamanı T.Namazovun üzərində olan 20 min manat şirkətə məxsus olub.pia.az