Yunanıstan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
APA-nın məlumatına görə, təbrikdə deyilir: “Zati-aliləri. Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.pia.az