İtaliyada zəlzələ olub - 4,2 bal

Sakinlər evlərini tərk etdi
İtaliyanın cənubundakı Molize vilayətində Rixter cədvəli ilə 4,2 bal gücündə zəlzələ olub.PİA.AZ Trend-ə istinadən xəbər verir ki, zəlzələnin episentri yerin 31 kilometr dərinliyində qeydə alınıb.Sakinlər evlərini tərk etsələr də, hadisə nəticəsində xəsarət alanların və ya fəsadların olmadığı məlumat verilib.Yeraltı təkanlar qonşu vilayətlərdə də hiss olunub.pia.az