Karbamid zavodunun işə düşəcəyi tarix açıqlandı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi işləri 99,2 faiz başa çatıb
Bunu zavodun direktoru Xəyal Cəfərov deyib.O qeyd edib ki, layihənin bu ilin dördüncü rübündə təhvil veriləcəyi gözlənilir.Direktorun sözlərinə görə, avqust-sentyabr aylarında ilk köməkçi məhsul – ammiak istehsal olunacaq:“Bundan sonra karbamid istehsalı üzrə bölmə işinə başlayacaq və “Made in Azerbaijan” brendi ilə ilk karbamid oktyabr-noyabr ayında əldə olunacaq”. (Trend)pia.az