Küveyt baş naziri Azərbaycan prezidentini təbrik edib

Küveyt Dövlətinin baş naziri Cabir əl-Mübarək əl-Həməd əl-Sabah İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Təbrikdə deyilir:“Hörmətli cənab Prezident. Dost Azərbaycan Respublikasında keçirilən prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, xalqınızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirəm. Bu xoş fürsətdən istifadə edərək Küveyt Dövləti ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan tarixi əlaqələrdən məmnunluğumuzu bildirir və birgə səylərimizlə bu əlaqələri dost ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirmək və inkişaf etdirmək əzmində olduğumuzu bir daha vurğulayırıq. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan Respublikasına davamlı inkişaf və əmin-amanlıq arzulayıram. Cənab Prezident, xahiş edirəm Sizə böyük hörmət və ehtiramımı qəbul edin”.(APA)pia.az