Yeni təhsil naziri kimdir? – DOSYE

Prezident İlham Əliyev Təhsil Nazirliyinə yeni rəhbər təyin edib
Bununla bağlı ölkə prezidenti sərəncam imzalayıb. Sərəncama əsasən, bu post sabiq nazir Mikayıl Cabbarovun müavini Ceyhun Bayramova həvalə edilib. O, təyinata qədər sözügedən vəzifənin müvəqqəti icraçısı olub.Minval.info xəbər verir ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini təyin olunub.Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Naziri təyin olunub.Evlidir, 2 övladı var.Sərancam elan edilməsə də, məlumat təsdiqini tapıb.pia.az