Maştağa sakini küt alətlə öldürülüb

Maştağada qətl törədilib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 21-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Hətəm Şabanovun küt alətlə qətlə yetirilmiş meyiti tapılıb.Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Samir Şabanov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.pia.az