Səyyar ASAN bu rayonlarda olacaq

Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində, 14 aprel – 3 may Zərdab rayonunda, 16 aprel – 10 may Xaçmaz şəhərində, 20 aprel – 4 may Xızı şəhərində, 20 aprel – 19 may Şirvan şəhərində, 23 aprel – 7 may Binə qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək
ASAN-dan verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.Bu xidmətlərə aşağıdakılar daxildir:Notariat fəaliyyəti;Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;Sürücülük vəsiqələrinin dəyişdirilməsi;Əmək pensiyalarının təyin edilməsi;Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.pia.az