Goranboyda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
APA-nın Qərb bürosunun məlumatına görə, hadisə  Goranboy-Qərvənd avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır.pia.az