Əfqanıstanda gün ərzində ikinci partlayış: 7 nəfər ölüb, 10-u yaralanıb

Əfqanıstanın Baqlan vilayətində gün ərzində növbəti partlayış baş verib
PİA.AZ Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib.Daha öncə ölkənin paytaxtı Kabildə də partlayış baş verib. Terrorçu-kamikadzenin partlayıcı qurğunu işə salması nəticəsində, son məlumatlara əsasən, 31 nəfər ölüb, 50-dən çox insan yaralanıb.pia.az