Maskalı şəxslər Bakıda evə basqın ediblər

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib
APA-nın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər. Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar. Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.pia.az