Əfqanıstanda partlayış - 5 ölü, 10 yaralı

Əfqanıstanın Cəlalabad şəhərində güclü partlayış baş verib
Trend-in məlumatına görə, partlayış sərnişinləri daşıyan furqonun minaya düşməsi nəticəsində baş verib.Məlumata görə, partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.Sərnişinlərin əksəriyyəti qadın və uşaqlar olub.Hələlik hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.pia.az