Terror təşkilatı qurbanlarına görə üzr istədi

ETA terror təşkilatı öz qurbanlarından üzr istəyib
Bu barədə informasiyanı “El Pais” qəzeti yayıb.“Belə şeylər bir daha baş verməməlidir. Biz başa düşürük ki, bu illər ərzində çox ağrılara səbəb olmuşuq. Bu illər ərzində həlak olanlar, yararlananlara hörmətimizi bildiririk, buna görə təəssüflənirik”, –ETA-nın bəyanatında bildirilib.Qeyd edək ki, ETA terror təşkilatı 1959-cu ildə yaranıb. Təşkilatın hədəfi baskların dövlətini yaratmaq olub. İspaniya və Fransada mübarizə aparan terror təşkilatı indiyə qədər 820 can alıb.2011-ci ildə terror təşkilatı silahlı fəaliyyətini dayandırdığını açıqlayıb.(Axar.az )pia.az