Bakıda canavar itləri parçaladı - Video

Zığ yaşayış massivində canavar itlərə hücum edib və bir neçəsini parçalayıb
PİA.AZ-ın “Xəzər Xəbər”ə istinadla məlumatına görə, ətrafda yaşayan sakinlər hadisənin şahidi olublar. Sakinlərdən biri canavarı öldürüb. Hadisə yerinə ərazi üzrə baytar həkimi cəlb olunub.Baytar həkimin sözlərinə görə, canavar dərin bir ərazi qazılaraq basdırılacaq. Daha sonra qeyd olunan yer dezinfeksiya olunacaq.

pia.az