Derbidə bomba partladı

Bolqarıstan Birinci Liqasında Sofiya derbisində xoşagəlməz hadisə yaşanıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Levski ilə CSKA arasında keçirilən oyunda azarkeşlər hazırladıqları bombanı partladıb. Nəticədə qadın polis xəsarət alıb. Üzünə və gözlərinə tuş gələn qəlpələr səbəbi ilə ağır yaralanan qadın əməliyyat olunub. Polis xuliqan azarkeşin axtarışını davam etdirir. pia.az