Əməliyyata 50 min xərclədi, görünüşü lağa qoyuldu - Fotolar

Amerikalı model Karli Mersola cizgi filmi qəhrəmanı Cessika Rəbitə (Jessika Rabbit) bənzəmək üçün bıçaq altına yatıb
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün model 50 min dollarından keçməli olub.Lakin Karlinin istəyi ürəyində qalıb. Belə ki, çənə implantı, sinə böyütmə əməliyyatı keçirən 26 yaşlı model, eyni zamanda bədəninin bir çox yerinə botoks elətdirib. Lakin Mersolanın fotolarını görən sosial şəbəkə istifadəçiləri onun Cessikaya oxşamadığını qeyd ediblər, bəziləri hətta onu lağa da qoyublar.Öz halından isə razı qalan Karli yaxın günlərdə ayaqları üçün də bıçaq altına girməyi düşünür.pia.az