“Çelsi” Alonsodan məhrum ola bilər

“Çelsi”nin müdafiəçisi Markos Alonso diskvalifikasiya təhlükəsiylə üz-üzədi
Apasport.az saytının məlumatına görə, ispan futbolçunun “Sauthempton”la görüşdə Şeyn Lonqa qarşı sərt oynaması buna səbəb olub. Həmin epizod oyunu idarə edən hakim Mayk Dinin nəzərindən yayınmışdı. Nəticədə, referi Alonsonu heç sarı vərəqə də göstərməmişdi. İngiltərə Futbol Assosiasiyasının üç rəsmisindən ibarət panel epizodu bir də gözdən keçirdikdən sonra yekun qərar veriləcək. Markos Alonso diskvalifikasiya olunacağı təqdirdə, “Çelsi”nin çempionatda “Börnli” və “Suonsi”, FA Kuboku çərçivəsində isə “Sauthempton”la oynayacağı matçları qaçıracaq.pia.az