“Mançester Siti”dən Qvardiolaya yeni müqavilə

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa qərar verib
Qol.az-ın "The Times"ə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi 47 yaşlı mütəxəssislə 2019-cu ilin iyununda başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaq istəyir. Qəzet yazıb ki, "Mançester Siti"də xoşbəxt olan Qvardiola yen müqavilə təklifi ilə razılaşacaq.Qeyd edək ki, Qvardiola "Mançester Siti"də ilinə 15 milyon funt sterlinq qazanır. Onun komandası bu mövsüm ölkə çempionluğunu təmin edib.pia.az