I rübdə Azərbaycanda 59 minik avtomobil istehsal edilib

Bu ilin I rübündə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 60,1 mln. manatlıq məhsul istehsal edilib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,1% azalıb.Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, bununla yanaşı, 459 ədəd traktor, 59 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı 5,1% artıb.“APA-Economics”pia.az