İkinci sınaq imtahanının doğru cavabları açıqlanıb

15 aprel 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.  Xatırladaq ki, gün ərzində abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər. Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).pia.az