AŞPA həmməruzəçiləri Azərbaycana səfər edəcək – İyunda

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər
Bu barədə  AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib.Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar/Report.pia.az