Makron: “Koalisiya Suriyanı İŞİD ilə müharibə bitdikdən sonra tərk edəcək”

"Suriyada beynəlxalq koalisiya ölkələrinin hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə başa çatdıqdan sonra bitəcək"
"Report" RİA "Novosti" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib."Hərbi öhdəliklər İŞİD əleyhinədir və bunlar İŞİD-ə qarşı müharibə başa çatan gün tamamlanacaq", - E.Makron deyib.O qeyd edib ki, Fransanın Suriya üzrə mövqeyi ABŞ ilə eynidir.pia.az