Astan Şahverdiyev dəfn edildi

Bu barədə APA-nın yaydığı məlumatı deputatın köməkçisi, Milli Məclis aparatının üzvü Asif Mehdiyev Axar.az-a təsdiqləyib
O bildirib ki, A.Şahverdiyev şəxsi işləri ilə bağlı Qusara getmişdi:“Səhhətində hər hansı ciddi problem yox idi. Ötən gün və ondan əvvəlki gün bir yerdə olmuşuq, bir neçə məclisdə də birgə iştirak etmişik. Qusara şəxsi işi ilə bağlı getmişdi. Bu gün sübh çağı sürücüsü zəng etdi ki, dünyasını dəyişib. Çox üzgünük".A.Mehdiyev deyib ki, hazırda Astan Şahverdiyevin nəşi Bakıya gətirilir. Onun nəşinin Qurd qapısı qəbiristanlığında dəfn olunması nəzərdə tutulur.Astan Şahverdiyevin həyat yoldaşının səhhəti haqda yayılan məlumata aydınlıq gətirən A.Mehdiyev bildirib ki, Solmaz xanım bir müddət öncə insult keçirsə də, hazırda evdədir.Qeyd edək ki, Astan Nuşirəvan oğlu Şahverdiyev 15 fevral 1947-ci ildə Fizuli şəhərində anadan olub. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirib.Azərbaycan Neft və Kimya İnstitutunu və Azərbaycan Texniki Universitetinin aspiranturasını bitirib. 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edib. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin «İstilik texnikası və istilik qurğuları» kafedrasına assistent vəzifəsinə seçilib.Şahverdiyev 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu York elmlər akademiyasının həqiqi üzvü seçilib.2001-ci ildə Azərbaycan Texniki Universitetinin «İstilik və soyuqluq texnikası» kafedrasının müdiri vəzifəsinə seçilib. Dünyanın aparıcı jurnallarında ingilis, türk və rus dillərində çap olunmuş 300-dən çox elmi əsərin, o cümlədən Moskva və Londonda çap olunmuş 5 monoqrafiyanın, 2 ixtiranın, 10 dərslik və dərs vəsaitinin müəllifidir. Elmi rəhbərli altında 9 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub.1998-ci ildən 2003-cü ilə kimi Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit və İnkişaf Proqramının Azərbaycan ofisində koordinator vəzifəsində işləyib. 2004-cü ildən YUNESKО-nun EURONETRES bərpa olunan enerji resursları üzrə işçi qrupun və idarəedici Komitənin üzvüdür. Avropa ölkələri universitetləri üçün nəzərdə tutulan «Günəş enerjisi» dərsliyinin müəlliflərindən biridir.ABŞ, Kanada, Hindistan, Misir, İsveçrə, Almaniya, İngiltərə, İtaliya, Şotlandiya, Portuqaliya, Çin, Rusiya, Türkiyə, Slovakiya, Yunanıstan, Özbəkistan, Belarus, Ukrayna, Fransa və s. ölkələrdə keçirilən Beynəlxalq konfrans, simpozium və assambleyalarda məruzələrlə çıxış edib.Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini və bir neçə il Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.Elm sahəsində Z.Tağıyev adına mükafatın laureatıdır. İngilis və rus dillərini bilirdi.2005-ci ildə Milli Məclisə seçkilərdə iştirak edib və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib. Daha sonra 2010 və 2015-ci il seçkilərində də eyni dairədən uğur qazanıb.Allah rəhmət eləsin!pia.az