Bu il Azərbaycan buğda idxalını 54% artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 55 mln. 220,27 min ABŞ dolları dəyərində 316 131,69 ton buğda idxal edib
Bu barədə PİA.AZ Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 110 858,94 ton və ya 54,0% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 16 mln. 995,31 min dollar və ya 44,46% çoxdur.Qeyd edək ki, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana xarici ölkələrdən 38 mln. 224,96 min dollar dəyərində 205 min 272,75 ton buğda idxal edilib.Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,52%-ni təşkil edib.pia.az