Kann festivalı İran filmi ilə açılacaq

71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq
Film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.“Hamı bilir” filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur. (azərtac)pia.az