Ukrayna və Belarus mediası Azərbaycandakı prezident seçkilərindən yazır

Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır
Belarusun BELTA Dövlət İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik yazır ki, səsvermə üçün 5 min 641 seçki məntəqəsi təşkil olunub. Ölkədə 5 milyon 314 min 365 səsvermə hüququ olan vətəndaş var. Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir."RBK-Ukrayna" da Azərbaycanda keçirilən prezident seçkilərindən yazaraq qeyd edir ki, seçkilərdə 8 namizəd iştirak edir. Seçkiləri təxminən 900 xarici müşahidəçi izləyir, 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. (azərtac)pia.az