Tramp itin ağızlığını açıb - Geri çəkilmə zəiflik sayılacaq

Tam bir il əvvəl, aprelin 7-də ABŞ prezidenti Donald Tramp Hums vilayətindəki Suriya hava qüvvələri bazasına 59 “Tomahawk” qanadlı raketi ilə zərbə endirdi
Çünki İdlib vilayətindəki üsyançı bir kəndə zarin qazlı bombalarla hücum edən təyyarələrin məhz bu bazadan havaya qalxdığı iddia olunurdu.Trampın qərarı daxili qarışıqlıqla üzləşdiyi bir zamanda meydana gəldi və rahat bir yayınmanı təmin etdi. FTB xəfiyyələri aprelin 9-da səhər saatlarında prezidentin şəxsi vəkili Maykl Koenin evinə basqın etdiyinə görə indi Tramp daha bir daxili böhranla üzləşir.Şamın şərqindəki Duma şəhərində, üsyançı ərazidə xlor qazının istifadəsinə dair xəbərə də eyni şəkildə təpki veriləcəkmi?MSNBC-nin sahibi Kris Metyuz kimi media təfsirçilərin qənaətinə görə, Suriyaya qarşı hücum üçün artıq “itlər”in ağızlığı açılıb.Əslində, hərbi hücumun olub-olmayacağından asılı olmayaraq, Trampın Suriyaya qarşı sıyırdığı qılınc daxili siyasi çətinliklərindən rahat bir yayınmaya imkan yaradır.Daxili siyasətdən yayınmaSuriyada baş verən hadisələrə cavab olaraq, Tramp bazar ertəsi günü etdiyi şərhdə deyib: “Şam yaxınlığında edilən dəhşətli hücumla əlaqədar olaraq icra etdiyimiz işlərə dair qərar verdik və o, yerinə yetiriləcək, həm də qətiyyətlə”.Ertəsi gün prezident FTB xəfiyyələrinin vəkilinin evin basqınını da “ölkəmizə hücum” olaraq səciyyələndirib.O, iki hadisəni – daxili və beynəlxalqı təsvir etmək üçün “hücum” sözündən istifadə edib. Xüsusilə hərbi hücumlara cavab vermək üçün Amerika rəsmiləri ilə məsləhətləşmələr apardığı vaxtda.Suriyaya hücum etmək qərarının yoxluğu və ya mövcudluğundan asılı olmayaraq, “hücum” sözünün istifadəsi Trampın davakar düşüncəsinin göstəricisidir.“Wag the Dog”(“İtin ağızlığını açmaq”) siyasi leksikona 1993-cü ildə daxil olub. Eyni adlı roman və daha sonra film qətiyyətli bir Amerika prezidentinin bir qızla eşq macərasından yaranan qalmaqalı ictimaiyyətin müzakirəsindən çıxarmaq üçün “Albaniyaya hücum”undan bəhs edir.Xatırladaq: prezident Bill Klinton 1998-ci ilin avqustunda Sudan və Əfqanıstandakı “əl-Qaidə” bölgələrinə istiqamətli raket hücumuna icazə verdi. Klintonun Monika Levinski qalmaqalı yarandıqdan üç gün sonra bu hücumla bağlı mətbuatda həmin ifadə yada salındı.Sudandakı hədəf – “əl-Şifa” zavodu iddia edildiyi kimi, kimyəvi silah təsisi idi, əslində isə, bu, əczaçılıq zavoduydu, lakin bu məlumat daha sonra ortaya çıxdı.Həmin hücumlar “əl-Qaidə”nin Keniya və Tanzaniyadakı ABŞ səfirliklərində törətdiyi partlayışları cavab idi.Qısa təsir2017-ci il hücumu Trampın Vladimir Putinin kuklası kimi qəbul edildiyi bir vaxtda Rusiya maraqlarına qarşı hərəkət edəcəyini göstərən daxili bir gündəmə xidmət etdi. 2018-ci ildə də o, Rusiyanı günahlandırdı və Moskvadan asılı olduğunu təkzib etməyə çalışdı.Trampın keçənilki hücumu əks-səda oyatdı. Aprelin 2017-ci ildə və indi Tramp Suriya dövlətinin “qırmızı xətt”i keçməsi təhdidi ilə Bəşər Əsədin davranışını dəyişdirmək istəyirdi.Trampın hücumu Suriya təyyarələri və ya hava limanları kimi hərbi məqsədləri məhv etmək niyyəti daşımırdı. Rusiyaya xəbərdarlıq edilmişdi, öz növbəsində, o, suriyalılara raketlərin buraxılacağına dair məlumat vermiş və təsis əvvəlcədən boşaldılmışdı. Həmin hücumdan göndərilən ikinci mesaj Floridada Trampla görüşən Çin liderinə və Şimali Koreyaya ünvanlanmışdı.Fokusun itirilməsiTramp administrasiyası Şimali Koreya ilə danışıqlar aparırsa, yeni hücum bu prosesdə amerikalıların əlini gücləndirəcəkÖnümüzdəki bir neçə gündə ortaya çıxa biləcək ssenarilər spekulyativ olaraq qalır, ancaq Tramp artıq Suriya, İran və Rusiyaya cavab verəcəyini ifadə edib. Onun geri çəkilməsi və heç bir şey etməməsi zəiflik kimi görünə bilər.Əgər o, Suriyaya hərbi zərbə endirsə, bu, daha çox siyasi məqsədli cavab olacaq.Bununla belə, ABŞ pilotsuz təyyarələrinin bu ilin fevral ayında rusiyalı əsgərləri hədəf aldığı gərgin ssenarinin təkrarlanması ehtimal olunmur.“Vaşinqton Post”un şərhçisi Conatan Kapehart isə “ağızlığı açılmış it” ssenarisinin təkrarlanacağı iddiasındadır.İbrahim əl-Mərəşi“Middle East Eye”Tərcümə: Strateq.azpia.az