“Taxt oyunları”nın döyüş səhnəsi rekord qırdı

Dünyada izlənmə rekordları qıran “Taxt oyunları” serialının səkkizinci mövsümü ilə bağlı yeni məlumat yayılıb
Oxu.Az “Indiewire”a istinadən xəbər verir ki, ekran işinin köməkçi rejissoru Conatan Quinlen “Instagram” səhifəsində növbəti döyüş səhnəsini yekunlaşdırdıqlarını bildiriblər.Belə ki, “HBO” kanalı 2017-ci ilin sentyabrında Miqel Sapoçnik (məşhur “Battle of the Bastards” epizodunu çəkən rejissor) və Deyvid Nattırın (dəhşətli “Red Wedding” epizodunu çəkən rejissor) “Taxt Oyunları”nın səkkizinci mövsümünün rejissorları olduğunu açıqlayanda hər kəs növbəti seriyalarda çox dəhşətli və böyük hadisələrin gözlənildiyini irəli sürmüşdü.Quinlen isə növbəti mövsüm yayımlanması planlaşdırılan böyük bir döyüş səhnəsini 55 günə çəkib bitirdiklərini qeyd edib.O, sonradan paylaşımını silsə də, izləyicilərin diqqətindən yayınmayıb. Məlumat üçün bildirək ki, Sapoçnik “Battle of the Bastards” döyüş səhnəsini 25 günə çəkmişdi.Xatırladaq ki, “Taxt Oyunları” altı hissədən ibarət son mövsümü ilə 2019-cu ildə ekranlara qayıdacaq.pia.az