Lənkəranda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Lənkəranda 32 yaşlı qadın dəm qazından zəhərlənib
Gecə saatlarında FHN-in Cənub Regional Mərkəzinə Zərifə Əliyeva küçəsi, bina 23, mənzil 33 ünvanında, bağlı qapı arxasında bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər nərdivandan istifadə etməklə, pəncərədən mənzilə daxil olduqda Ülfət Ziyafət qızı Bədəlovanı huşsuz vəziyyətdə aşkar ediblər.Xilas olunan Ü.Bədəlova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilk tibbi yardım göstərildikdən sonra dəm qazından zəhərləndiyi məlum olub. Ü.Bədəlova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. (APA)pia.az