ABŞ-da professor Cəmil Həsənlinin yeni kitabı nəşr olunub

“Azərbaycanın sovetləşdirilməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə və İran üçbucağında” – tanınmış azərbaycanlı tarixçi, professor Cəmil Həsənlinin Amerikanın Yuta Universitetində yeni nəşr olunmuş monoqrafiyası belə adlanır
Bu araşdırma 1920-22-ci illərdə Azərbaycanın sovetləşdirilməsi dövrünü əhatə edir.Kitabda imperiyanın süqutundan sonra öz sərhədlərini bərpa etməyə çalışan və çarizm hakimiyyətindən yeni xilas olan xalqları özünə tabe etmək istəyən bolşevik Rusiyasının aqressiv, işğalçılıq siyasətini əks etdirən arxiv materialları toplanıb.Monoqrafiyada Cənubi Qafqazın Qızıl Ordu tərəfindən işğalı prosesi və bu zaman beynəlxalq norma və öhdəliklərin pozulması ətraflı təsvir edilib. Araşdırmada həm Azərbaycanda, həm də qonşu ölkələrdə öz maraqlarını güdən dünya dövlətlərinin siyasəti açılır. Kitab Azərbaycan, Qafqaz və Rusiya tarixi üzrə mütəxəssislər, həmçinin region tarixini öyrənən tələbələr üçün nəzərdə tutulub.pia.az