Türkiyə Almaniyaya ikinci dəfə nota göndərdi

Berlinin mərkəzində məscid binası və türk mədəni mərkəzinin yandırılması səbəbilə Türkiyə Almaniyaya ikinci dəfə nota göndərib
PİA.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyə XİN-in xüsusi nümayəndəsi Hami Aksoy deyib.Aksoyun sözlərinə görə, Almaniya hələlik Türkiyənin etiraz notasına cavab verməyib.Qeyd edək ki, birinci dəfə nota martın 12-də göndərilib.Türkiyə Almaniyanı türk vətəndaşların təhlükəsizliyinə diqqətlə yanaşmağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.Məlumat üçün deyək ki, 2018-ci ilin əvvəlindən Almaniyada 28 məscidə hücum faktı qeydə alınıb. Ötən il ərzində isə ümumilikdə 100 məscidə hücum olub.pia.az