“Erməni qız paxıllıqdan səhnədə məni itələdi” - Azərbaycanlı müğənni

“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli maraqlı açıqlamalar verib
Lent.az-ın məlumatına görə, “Səhər – Səhər” verilişinin qonağı olan ifaçı bildirib ki, heç vaxt səhnədə həyəcan hiss etmir:“Səhnədə həyəcanlanmaq necə olur?! Mən onu hiss edə bilmirəm. Hətta bizimlə çalışan qrup da deyirdi ki, sən yeganə iştirakçısan ki, səhnəyə özünə güvənərək çıxdın. Düşmən ölkədən soyuqluq hiss etdim. Hətta səhnədə bir situasiya olmuşdu. Erməni qız gəldi məni itələdi. Mən orda reaksiya verə bilməzdim ona. Çünki orda hər şey başqa cürdü. O, elə elədi ki, guya məni görmədi. Finala keçənlər təqdim ediləndə, mən ortada dayanmışdım. O da gəldi məni itələdi, bayrağı ilə durdu biraz yellədi sonra qaçdı getdi qırağa. Başa düşmədim onu”.

pia.az