“Facebook” şirkəti 5 milyard dollar itirib

Bu, 50 milyon istifadəçinin məlumatlarının sızması səbəbindən baş verib
 "Facebook"un təsisçisi olan Mark Sukerberqin sərvəti sosial şəbəkə istifadəçilərinə məxsus məlumatların sızması barədə yayılan xəbər səbəbindən 5 milyard dollar azalıb.“Report” xəbər verir ki, bu barədə martın 19-da "Forbes" jurnalı yazıb.Bazar günü keçirilən hərraclar zamanı "Facebook" 7%-dən çox ucuzlaqıb, şirkəti bazar dəyəri isə 37 mlrd. dollar aşağı düşüb.Qalmaqal martın 17-də baş verib. "The New York Times" nəşri yazıb ki, seçkiqabağı kampaniya zamanı "Cambridge Analitica" firması qanunsuz olaraq "Facebook"un 50 milyon istifadəçisinin məlumatlarını əldə edib.pia.az