Birinci Zahid Oruc, sonda Hafiz Hacıyev çıxış edəcək - Püşk atıldı

Bu gün Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib
İclasda qeyd olunub ki, namizədlər üçün saat 22:00-da İctimai televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə debat təşkil olunacaq, həftədə 3 saat isə İctimai radioda debatlar keçiriləcək və saat 19:00-da başlayacaq.  Püşkatmanın nəticələrinə əsasən, çıxışlar aşağıdakı ardıcıllıqla müəyyən olunub. 1. Zahid Oruc 2. Araz Əlizadə3. Qüdrət Həsənquliyev4. İlham Əliyev5. Razi Nurullayev6. Sərdar Cəlaloğlu7. Fərəc Quliyev 8. Hafiz Hacıyevpia.az